7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Yuri Vernidub: “Yazırlar ki, guya mən “Neftçi” ilə anlaşmışam?”

Ukraynalı mütəxəssis Yuri Vernidub adının “Neftçi” klubu ilə hallanmasına münasibət bildirib.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə o, Ukraynanın “Tribuna” saytına danışıb.

59 yaşlı mütəxəssis Azərbaycan təmsilçisi ilə razılığa gəlməsi yayılan xəbərləri təkzib edib və bu haqda iddialara belə reaksiya verib:

“Yazırlar ki, guya mən “Neftçi” ilə anlaşmışam? Kim nə yazırsa, yazsın... Mən heç kimlə danışmamışam, heç bir jurnalistlə əlaqə saxlamamışam. Elə bil Vatskonun votsapda nəsə gördüyü kimi bir şeydir. Hazırda Zaporojyedəyəm, mağazadan çıxıb yolla gedirəm”.

Mütəxəssisdən danışıqların olub-olmadığı soruşulduqda isə bununla bağlı danışmaq istəmədiyini vurğulayıb:

“Bu barədə danışmayacağam. Çünki heç bir əsas yoxdur. Hələ ortada heç nə yoxkən qabaqcadan nəsə demək doğru deyil”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30