4 Iyun 2026, Cümə axşamı
"Qəbələ" kapitanı ilə vidalaşdı
Yankoviç "Qarabağ"da qalır?
AVRO-2006: Millimiz final oyununa çıxır
Addaidən “Qarabağ” paylaşımı

Xarici futbol

DÇ-2026 üçün pley-off səbətləri müəyyənləşib

2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, səbətlərin tərkibi aşağıdakı kimidir:

I səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

II səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

III səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

IV səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Pley-off iştirakçıları mundiala vəsiqə uğrunda iki tək matçlıq raund - yarımfinal və final qarşılaşmaları oynayacaqlar.

Yarımfinal oyunları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək. Pley-offun püşkatma mərasimi isə noyabrın 20-də olacaq.

1-ci səbətdəki komandalar 4-cü səbətdəki millilərlə, 2-ci səbətdəki yığmalar isə 3-cü səbətdəki ölkələrin təmsilçiləri ilə üz-üzə gələcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30