Xarici futbol
Didye Deşam: “7 qol imkanımız var idi, 3-nü vurduq”
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanın üzərində qazanılan 3:0 hesablı qələbədən razı qalsa da, komandasının ümumi çıxışını, xüsusən də ilk hissədəki oyununu bəyənməyib.
Futbolxeber.az saytının məlumatına görə, bu barədə o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib. 56 yaşlı mütəxəssis qeyd edib ki, nəticə onu qane etsə də, eyni sözləri oyuna aid edə bilmir: “Rəqibin sıx müdafiəsi qarşısında dik oyun və sürət çatışmırdı. Oyun çox ləng gedirdi. Futbolçuların “sonda hər şey bizim xeyrimizə olacaq” kimi düşünmələrinin qarşısını ala bilmərəm. Amma biz onlardan daha çox intensivlik tələb etmişdik və bu, çatışmadı. İkinci hissədə, həm dəyişikliklər, həm də rəqibin yorulması sayəsində daha çox fürsətlər qazandıq. Bu, daha yaxşı idi. Amma mən sevindiyimdən uçmayacağam. Qələbə planlaşdırılmışdı, lakin birinci hissədə daha yaxşı oynamalı idik”.
Daha sonra Deşam jurnalistlərin suallarını cavablandırıb:
- Florian Tovenin meydana daxil olması və vurduğu qol barədə nə deyərdiniz?
- Bu, həm bizim, həm də onun üçün çox yaxşı oldu. Təbii ki, bütün futbolçular kimi o da burada olmaqdan xoşbəxtdir. Həmişə texniki bacarığı və qapı qarşısında soyuqqanlılığı ilə seçilib. Oyuna böyük istək və həvəslə daxil oldu. Onun qol vurmasına çox sevinirəm. Bu, onun üçün xoşbəxt an idi. Komandaya qoşulmaqdan çox məmnundur, bu da dərhal hiss olunur.
- Kilian Mbappenin vəziyyəti necədir?
- O, tam formada idi. Topa toxunduğu anda sürətini görmək olur. O, liderdir, kapitan kimi komandaya ruh verir. Sentyabrda da eyni fiziki hisslərdə olmasa da, bu ruhda idi. İndi isə komandaya motivasiya bəxş edir. Sadəcə top uğrunda mübarizədə topuğundan zərbə aldı. Ağrı kifayət qədər güclü olduğundan ehtiyat üçün meydanı tərk etməyi üstün tutdu.
- Mixael Olise bu gün yaxşı oynamadı...
- Bəli, bu, onun ən yaxşı oyunu deyildi. O, “Bavariya”da sağ cinahda oynamağa alışsa da, əslində mərkəzdə özünü daha rahat hiss edir. Olise çox keyfiyyətli futbolçudur, sadəcə bu dəfə texniki səhvləri çox oldu. Amma mən onunla bağlı narahat deyiləm. Fransa millisinin vacib oyunçularından biri olaraq qalacaq.
- İlk dəfə əsas heyətdə başlayan Kefren Türam və Hyuqo Ekitikenin çıxışını necə dəyərləndirirsiniz?
- Bu, heç vaxt asan olmur. Kefren ikinci hissədə daha sərbəst oynamağa başladı. Bu, onun üçün təcrübə olacaq, oyun praktikasına ehtiyacı var. Hyugo isə ilk hissədə oyuna az qoşula bilirdi, amma ikinci hissədə irəliyə daha çox qaçışlar edərək faydalı oldu. Onlar gənc oyunçulardır və onların potensialını görmək üçün daha çox oyun lazımdır.
- Nəticəni kənara qoysaq, ən çox nə xoşunuza gəldi?
- Elementar oyun idi. 7 qol imkanımız var idi, 3-nü vurduq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026























