24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Ronaldo tarixin ilk milyarder futbolçusu oldu

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo tarixin ilk milyarder futbolçusu olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazıb.

40 yaşlı oyunçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğə sponsor müqavilələrindən əldə olunan gəlirlər, klubdan aldığı maaş və kommersiya fəaliyyətlərindən qazancı daxildir.

Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Ulduz hücumçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.

O da bildirilir ki, uzun müddət ərzində Ronaldo əsas rəqibi - argentinalı Lionel Messi ilə demək olar ki, eyni səviyyədə qazanc əldə edirdi. Lakin 2023-cü ildən etibarən vəziyyət kəskin şəkildə dəyişib. Agentlik qeyd edir ki, həmin vaxt Portuqaliya yığmasının kapitanı Səudiyyə Ərəbistanına yollanaraq illik 200 milyon dollar dəyərində (vergilər nəzərə alınmadan) rekord müqavilə imzalayıb. İndi, 40 yaşında isə Ronaldo ən varlı idmançılar arasında zirvəyə çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31