4 Sentyabr 2026, Cümə
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb

Xarici futbol

Andrey Şevçenko Bakıya gəlir

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.

Futbolxeber.az saytının idman.biz-ə istinadən verdiyi məlumata görə, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.

Bildirilir ki, AFFA məşhur futbol adamının Bakı səfəri üçün proqram hazırlayıb.

Qeyd edək ki, Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir. O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30