20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Xarici futbol

Bentse Etvoş: “Qarabağ” məğlubedilməz deyil”

“İlk 15 dəqiqəni nəzərə almasaq, müdafiədə çox yaxşı oynadıq. Amma bəzi çətinliklərimiz oldu. İkinci hissədə isə oyunu biz idarə etdik və rəqibin çox fürsəti olmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş”un (Macarıstan) futbolçusu Bentse Etvoş 2-ci mərhələnin “Ludoqorets”lə ötən gecə keçirilən cavab matçı haqqında danışarkən deyib.

"Ferensvaroş" ilk görüşdə heç-heçə (0:0) etdiyi Bolqarıstan təmsilçisini ikinci matçda 3 cavabsız qolla məğlub edərək pley-offa yüksəlib və “Qarabağ”a rəqib olub. Macarıstanlı yarımmüdafiəçi görüşdən sonra yerli “M4 Sport” televiziyasına açıqlamasında növbəti rəqibləri “Qarabağ” haqda da danışıb.

O, Azərbaycan təmsilçisinin güclü olmasını, buna baxmayaraq, daha da irəli getməyi hədəflədiklərini bildirib: “Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil”.

Qeyd edək ki, "Qarabağ" "Fenersvaroş"la avqustun 19-da Budapeştdə, avqustun 27-də isə Bakıda qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31