20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Xarici futbol

"Araz-Naxçıvan"ın rəqibi “Sassuolo” və “Espanyol”un futbolçuları ilə güclənib

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" heyətini yeni futbolçularla gücləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Uroş Raçiç və Alvaro Teyero heyətə cəlb edilib.

İtaliyanın "Sassuolo" klubundan transfer olunan 27 yaşlı Raçiçlə 4 illik müqavilə imzalanıb. Ötən mövsümü "Espanyol"da keçirən 28 yaşlı Teyero ilə anlaşmanın müddəti isə 2 illikdir.

Serbiyalı U.Raçiç yarımmüdafiəçi, ispaniyalı A.Teyero isə müdafiəçidir.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı iyulun 24-də Bakıda, cavab görüşü isə 31-də Salonikidə baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31