24 Yanvar 2026, Şənbə
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi
"Neftçi" "Zirə" ilə heç-heçə etdi

Xarici futbol

"Zirə"nin rəqibindən ardıcıl üçüncü qələbə

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Split təmsilçisi Bosniya və Herseqovinanın “Posuşe” klubuna 1:0 qalib gəlib.

Bu, "Hayduk"un Sloveniya toplanışı çərçivəsində 3-cü qələbəsidir. Komandailk matçında ÇSKA-nı (Sofiya) 1:0 hesabı ilə məğlub edib. Xorvatiya klubu “Radomlje”ni (Sloveniya) eyni hesabla üstələyib. 

Qeyd edək ki, “Zirə” və “Hayduk” arasındakı ilk görüş iyulun 23-də Bakıda, cavab qarşılaşması isə 31 iyulda Splitdə keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31