24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Aris” sabiq “Barselona”lını heyətinə qatdı

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az saytının məlumatına görə, Saloniki təmsilçisi “Selta”dan Karles Peresi heyətinə qatıb. “Barselona”nın yetirməsi olan 27 yaşlı vinger bir mövsümlük icarəyə götürülüb.

Qeyd edək ki, Peres kataloniyalıların əsas komandasında 13 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, “Roma” və "Xetafe"də də çıxış edib. İspan futbolçu ötən mövsüm La Liqada 27 oyunda 3 qol vurub.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31