8 Iyun 2026, Bazar ertəsi
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib

Xarici futbol

İsgəndərlinin komandası Superliqaya yüksəlmək şansını itirdi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Superliqaya vəsiqə uğrunda növbəti oyuna çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, komanda pley-offun yarımfinalının cavab matçında "Bandırmaspor"un qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həlledici qolu 90+3-cü dəqiqədə Marco Paixao vurub.

Vüsal oyunun 73-cü dəqiqəsində - hesab 0:0 olarkən Ali Ulgenin əvəzinə meydana daxil olub.

Hər iki görüşdə, ümumi nəticədə 1:5 hesabı ilə “Bandırmaspor”a uduzan “Boluspor” Superliqaya yüksəlmək şansını itirib.

Superliqaya vəsiqə uğrunda həlledici görüşdə “Bandırmaspor” mayın 29-da “Karagümrük”lə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30