22 Aprel 2026, Çərşənbə
Kubokda ilk finalçı müəyyənləşdi
UFC 2028-ci ilə kimi Azərbaycanda
"Neftçi" 26 min 200 manat cərimələndi
"Turan Tovuz"da iki yubiley

Xarici futbol

İtaliyada çempion müəyyənləşdi

İtaliya A seriyasında 2024/25 mövsümünün çempionu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, qızıl medalların sahibi son turda bəlli olub.

38-ci turda lider “Napoli” öz meydanında “Kalyari” ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi çempionluğu təmin edib.

“İnter” eyni hesabla səfərdə “Komo”dan üstün olsa da, ikinci yerlə kifayətlənib.

“Napoli” - “Kalyari” - 2:0

Qollar: Skott Maktomini, 42, Romelu Lukaku, 51

“Komo” - “İnter” - 0:2

Qollar: De Vriy, 20, Xoakin Korrea, 51

Qırmızı vərəqə: Pepe Reyna, 45 (“Komo”)

Beləliklə, “Napoli” 82 xalla çempion, “İnter” 81 xalla ikinci olub. Bu, Neapol təmsilçisinin tarixində dördüncü çempionluqdur. Komanda buna qədər 1987/87, 1989/90 və 2022/23 mövsümlərində də İtaliyanın ən güclüsü olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30