19 Aprel 2026, Bazar günü
Nazirdən "Neftçi" paylaşımı
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu

Xarici futbol

“Traktor” İran çempionu oldu!

“Traktor” 2024/25 mövsümü İran Pro Liqasının qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, Təbriz təmsilçisi tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

“Traktor” mövsümün sonuna 2 tur qalmış qızıl medalları təmin edib. Draqan Skoçiçin baş məşqçisi olduğu komanda bu gün 28-ci turda səfərdə - Qəzvində yerli “Şəms Azar” üzərində 4:0 hesablı qələbə qazanıb və xalını 64-ə yüksəldib.

Cənubi Azərbaycan klubunun ən yaxın izləyicisi olan “Sepahan” (İsfahan) isə öz meydanında “Qohar”a uduzub - 1:2 və 56 xalda qalıb.

Beləliklə, “Sepahan”ın bu məğlubiyyətindən sonra onunla “Traktor” arasında xal fərqi 8-ə yüksəlib. Bu isə o deməkdir ki, son 2 turun nəticəsindən asılı olmayaraq, “Traktor” hazırkı mövsümü lider kimi başa vuracaq.

Əlavə edək ki, bunadək “Traktor”un İran yüksək liqasında ən yaxşı nəticələri 3 dəfə 2-ci yeri, 2 dəfə isə 3-cü yeri tutmağı olmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30