23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

Berdıyev “Rubin”in qonağı oldu

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Türkmənistanlı mütəxəssis, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.

Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Kurban Berdıyev 2001-2013-cü və 2017-2019-cu illərdə "Rubin"i çalışdırıb. O, Kazan təmsilçisi ilə iki dəfə (2008, 2009) Rusiya çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31