21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

Naxçıvanda liqalara yekun vurulub

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu – U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqaları - üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, aprelin 2-də başlayan yarış 17 gün davam edib və aprelin 19-da seçmə mərhələyə yekun vurulub.

Əvvəlcədən də məlumat verildiyi kimi, ancaq U-13, U-14, U-15 və U-16 liqalarının qalibi Bakıda təşkil olunacaq Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqdı.

Yekunda “Araz-Naxçıvan”ın U-13, U-14 və U-15 komandaları bu hüquqa sahib olub.

U-16 Liqasında isə UGİM Şərur qrup qalibi kimi pley-off-a adını yazdırıb.

Məlumat üçün qeyd edək ki, yarışlarda ümumilikdə 42 komanda iştirak edib. 5 müxtəlif stadionda 128 oyun keçirilib. Görüşləri Naxçıvan Müxtar Republikasından olan hakimlər idarə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31