Xarici futbol
Ehtiram Quliyev: “Qərarın haqsız olduğu düşüncəsindəyik”
“Maraqlı qarşılaşma oldu. Matçın əvvəlində oyunumuz alınmadı. Çempionatımız elə mərhələyə gəlib ki, hər matç çox vacibdir. Təbii ki, üzgünük. Azarkeşlərimizin qarşısında məğlub olmaq bizi məyus edir. Amma növbəti oyunlara baxacağıq. Çempionat uzun marafondur. Ümid edirəm ki, lazım olan xalları yığacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.
Azərbaycan Premyer Liqasının 25-ci turunun "Zirə" ilə görüşündən (0:2) sonra jurnalistlərə açıqlama verən Quliyev İntizam Komitəsinin "Turan Tovuz"u 20 min manat cərimələməsinə belə münasibət bildirib: “AFFA-nın qərarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edir. Biz də klubun maraqlarını qorumaq üçün mövqeyimizi bildiririk, bildirəcəyik. Üzücü səbəb o oldu ki, AFFA ilə dialoqumuzun ən gözəl vaxtında belə hal baş verdi. Buna görə üzgünük. İstər futbol ictimaiyyəti, istər azarkeşlərimiz tərəfindən elə hesab olundu ki, qarşıdurma var. Əslində qarşıdurma yoxdur. Bir çox mövzularda AFFA-nın bizə dəstəyi var. Dialoqumuz yüksək səviyyədə davam edir. Qərarın haqsız olduğu düşüncəsindəyik. Amma anlayışla qarşılayırıq. Nə ilk cəza alan bizik, nə də sonuncu biz olacağıq”.
O, apellyasiya şikayəti verməyəcəklərini qeyd edib: “Səbəbi haqsız olmağımız deyil. Sadəcə süni gərginlik yaranmaması, azarkeşlərimizin fikrinin oyunlara yönəlməsi baxımından belə uyğun hesab elədik. Yenə İdarə Heyəti bununla bağlı toplanacaq”.
Klub rəhbəri AFFA-nın bu məsələdə haqlı tərəf olduğunu düşünmür: “Klubun fikirlərini dilə gətirdik ki, oyun təxirə salınsın. İstədiyimiz çox böyük bir şey deyildi. Ola bilər ki, uyğun zamanda, uyğun mövqedə olmadı, başqa səbəblər var idi. AFFA da ölkə futboluna nəzarət edir. Yəqin ki, belə uyğun hesab elədilər. Böyüdüləsi bir mövzu deyil”.
E.Quliyev matçın təxirə salınması ilə bağlı istəklərini qərəzdən irəli gəlmədiyini vurğulayıb: “VAR sistemi niyə gətirilib? Hakim də insandır, görməyə bilər. Biz əsla qərəz düşünmədik. Haqsızlığın qarşısını almaq üçün belə bəyanat verdik. Klubun istəyidir də, dünyanın sonu deyil ki. Biz istədik, onlar da yox dedi”.
O, AFFA-nın qərarından sonra sponsorun futboldan küsdürülmə ehtimalına da toxunub: “Əsla. Üzüldüyüm şey o oldu ki, bunlar dialoqumuzun ən yaxşı vaxtında oldu. Orada peşəkar insanlar işləyir. Yeni qərarlar qəbul olunub. Biz klublar olaraq dəstək olmalıyıq. Biz özümüzə qarşı qərəzli mövqe hiss etmirik. Əksinə, daha müsbət, daha pozitiv addımlar hiss edirik. Bir çox sahədə bizə dəstək olurlar. Bundan sonra da hakim nöqsanları olsa, mövqeyimizi, etirazımızı bildirəcəyik. "Zirə" ilə matçda normal hakimlik oldu. Yaxşı şeyləri o qədər az dilə gətiririk ki, insanlar mövqe seçir. Əvvəl Hakimlər Komitəsinə təyinatla bağlı fikir bildirmişdim. Bu gün də deyirəm, çox gözəl təyinatdır. Keçən illə bu ili müqayisə etmək lazımdır. Çox dəyişikliklər olub. Hakimlər Komitəsi açıq-aydın fikrini deyir. Bəzən demirlər, onları da anlayışla qarşılayırıq. Biz sual veririk. Hər şey cavablana bilməz. Onların səssiz durması belə bizə mesajdır, əmin oluruq ki, haqlı mövqedəyik. UEFA-nın təlimatları var, hakimlərin səhvləri çox şişirdilməsin. Ona görə də hər şeyə reaksiya verilməməsini anlayışla qarşılayırıq. "CBC Sport" komandası ilə bağlı mənfi fikirlərimiz yox idi, hava şəraitini biz də görürdük. Oyuna mən də gedə bilməmişdim. Onlar çox əziyyət çəkirlər. Oyun azarkeşlər üçündür. İstəyirdik ki, həm bizim, həm rəqibin azarkeşləri oyuna baxsınlar. Böyüdüləsi bir səbəb yoxdur. Hamımıza təşəkkür edirəm”.
“Turan Tovuz”un rəhbəri hazırda gözəl oyundan çox nəticə barədə düşündüklərini söyləyib: “Nəticə verməliyik, il boyu çəkilən əziyyətlərin bəhrəsini görməliyik. Zədələr, əskiklərimiz oldu. Yavaş-yavaş toparlanırıq. Ümid edirəm ki, qış transferlərimiz də var komandaya uyğunlaşandan sonra daha yaxşı olacağıq. Az qaynağımızı əlverişli istifadə etdik. Gün keçdikcə komanda yaxşı olacaq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
21.10.2026
20.10.2026
19.10.2026
























