7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

“Milan” Teo Ernandesi satır

"Milan"ın kapitanı Teo Ernandes komandanı tərk etmək üzrədir.

Futbolxeber.az saytının “La Gazetta dello Sport”a istinadən verdiyi məlumata görə, futolçu və klub arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlar müsbət yekunlaşmayıb.

Fransız müdafiəçi yeni sözləşmədə əvvəlkindən daha yüksək maaş tələb edib. Klub isə bu məbləği ödəməyə hazır deyil. Buna görə də "Milan" Ernandesi yayda satışa çıxaracaq. Onun "Milan"la 2026-cı ilin iyununa qədər müqaviləsi var.

Fransa millisinin üzvünün qardaşı Lukas Ernandesin çıxış etdiyi PSJ-yə keçəcəyi iddia olunur.

Qeyd edək ki, "qırmızı-qaralar" Ernandesi 2019-cu ilin yayında "Real"dan transfer edib. O, bu mövsüm “qırmızı-qaralar”ın heyətində 35 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30