3 Iyun 2026, Çərşənbə
Millimiz Serbiyaya qarşı
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da

Xarici futbol

Mirça Rednik: “Qarabağ” ölkənin ən yaxşısıdır”

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Rumıniya FCSB-sinə qarşı keçirəcəyi matç haqqında danışıb.

Futbolxeber.az saytının digisport.ro-ya istinadən verdiyi məlumata görə, FCSB Ağdam təmsilçisi ilə görüşdən sonra ölkə çempionatında Rednikin hazırda çalışdırdığı komanda ilə -  Rumıniyanın digər bir klubu “UTA Arad”la qarşılaşacaq.

Rumın mütəxəssis isə FCSB-nin "Qarabağ" səfərində yorulmağını istədiyini deyib: "Bizim itirəcəyimiz heç nə yoxdur. Yalnız qalib gəlmək lazımdır. FCSB yaxşı heyəti, keyfiyyəti var. Mən Azərbaycanda işləmişəm. "Qarabağ" ölkənin ən yaxşısıdır. FCSB matça ciddi yanaşmalıdır. "Qarabağ"a çox sərmayə qoyublar. FCSB-nin hücum futbolu oynamağını, yorulmağını istəyirəm. Amma nə edəcəyini ən yaxşı Cici Bekali (FCBS-nin sahibi - red.) bilir”.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - FCSB matçı saat 21:45-də başlayacaq. Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, “Qarabağ” isə 3 xalla 33-cü yerdədir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30