20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Xarici futbol

Millimizin üzvü Ukraynada klubunu dəyişdi

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynada klubunu dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı futbolçu "Polessye"dən "Çernomorets"ə keçib. O, yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

"Çernomorets" Emillə yanaşı, "Polessye"dən Boqdan Pançinişi də icarəyə götürüb. Emilin müqaviləsində satınalma bəndi yoxdur.

"Çernomorets" Ukrayna Premyer Liqasında 17 turdan sonra 12 xalla 15-ci pillədə yer alıb.

Qeyd edək ki, Emil Mustafayev 2023-cü il iyulundan "Polessye"də çıxış edir. Onun klubu ilə müqaviləsi 2027-ci il iyununa qədərdir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31