23 Fevral 2026, Bazar ertəsi
“Neftçi” Banişevskinin məzarı önündə
Berdıyevdən mini master-klass
Andrey Demçenkodan qələbə şərhi
"Araz-Naxçıvan”dan qələbə

Xarici futbol

Moyes yenidən "Everton"da

Devid Moyesin "Everton"a qayıdışı rəsmiləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis Liverpul klubunun baş məşqçisi təyin edilib.

61 yaşlı məşqçi daha əvvəl 2002-2013-cü illərdə də "Everton"a rəhbərlik edib. Bu müddətdə komanda onun rəhbərliyi altında 518 oyun keçirib, 221 qələbə qazanıb, 134 dəfə heç-heçə edib və 163 matçda uduzub.

Qeyd edək ki, Moyesin son iş yeri 2019-2024-cü illərdə baş məşqçilik etdiyi "Vest Hem" olub.

Əlavə edək ki, "Everton" hazırda İngiltərə Premyer Liqasında 17 xalla 16-cıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28