7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Xarici futbol

Musayev ardıcıl 2-ci dəfə ən yaxşı məşqçi seçildi

"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında növbəti mükafatı qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, ardıcıl ikinci aydır ki, bütün həmkarlarını qabaqlayaraq ayın ən yaxşı məşqçisi seçilib.
 
Murad Musayev Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (SSKA) və Dmitri Pyatibratovu ("Fakel") üstələyib.
 
"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Komanda "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.
 
14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasında liderdir.
 
Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrından bu ilin fevral ayınadək "Sabah"ı çalışdırıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31