27 Aprel 2026, Bazar ertəsi
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi
“Neftçi” “Qarabağ”a məğlub oldu

Xarici futbol

Kenan Yıldızdandan 3 rekord birdən

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Kenan Yıldız Çempionlar Liqasında yeni rekordlara imza atıb.
 
Futbolxeber.az saytının məlumatına görə, o, buna Liqa mərhələsinin 1-ci turunda PSV ilə matçda (3:1) nail olub. Kenan sözügedən görüşdə fərqlənib. 
 
Kenan Yıldız Türkiyənin tarixinə düşüb. 19 yaş 136 günlüyündə olan oyunçu ÇL-də fərqlənən ən gənc türkiyəli adına yiyələnib. Yıldız Cengiz Ünderi (20 yaş 222 gün) geridə qoyub.
 
Bununla da o, "Yuventus"un heyətində ÇL-də qol vuran ən gənc futbolçu adını qazanıb. Kenan Alessandro Del Pyeronun rekordunu qırıb. İtaliya millisinin sabiq üzvü 1995-ci ildə Almaniyanın "Borussiya"a (Dortmund) 20 yaş 308 günündə qol vurub.
 
Həmçinin hücumçu ÇL-də mövsümün ilk qolunu vuran ən gənc futbolçudur. Əvvəlki rekord 1992/1993 mövsümündə Belçikanın "Brügge" komandasında çıxış edən Daniel Amokaçiyə (19 yaş, 331 gün) məxsus olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30