21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Xarici futbol

Prosineçki "Qarabağ"ın futbolçusuna şans vermədi

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi UEFA Millətlər Liqasının ilk turunda səfərdə İslandiya ilə qarşılaşıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, matç İslandiya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Veşoviç sona kimi meydana çıxmayıb. Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki “Qarabağ”ın müdafiəçisinə bu matçda şans verməyib.  
 
Qeyd edək ki, Monteneqro millisi turnirdəki ikinci matçını sentyabrın 9-da öz meydanında Uelsə qarşı keçirəcək. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31