9 Iyun 2026, Çərşənbə axşamı
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Xarici futbol

"Barselona"da yeni baş məşqçi

"Barselona" baş məşqçisi Xavi Ernandeslə yollarını rəsmən ayırıb.

Futbolxeber.az­-ın klubun saytına istinadən verdiyi məlumata görə, onunla 2024/25 mövsümünün sonuna qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan və 17 il bu klubda çıxış edən Xavi 2021-ci ildə komandaya baş məşqçi kimi qayıtmışdl. Daha əvvəl də o, mövsümün sonunda komandadan gedəcəyini açıqlasa da, klub rəhbərliyi baş məşqçini fikrindən daşındırmışdı.

"Barselona" Xavinin rəhbərliyi ilə 1 dəfə La Liqanın qalibi olub, 1 dəfə isə İspaniya Superkubokunu qazanıb.

Artıq “Barselona”nın yeni baş məşqçisi də məlumdur. Kataloniya klubunu bundan sonra Hans-Diter Flik çalışdıracaq. Alman mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik daha əvvəl Almaniya millisi və "Bavariya"nı çalışdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30