23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

Ardanın komandası Diniyevi məyus etdi

Türkiyə birinci liqasında altıncı tura start verilib.

Futbolxeber.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” səfərdə Arda Turanın çalışdırdığı “Eyüpspor”un qonağı olub.

Meydana start heyətində çıxan Coşqun 80-ci dəqiqədə Muhammed Mertlə əvəzlənib.

Matçda hesabı 60-cı dəqiqədə “Eyüpspor”dan Caner Erkin açıb. 90+4-cü dəqiqədə “Ümraniyespor”un qapısından ikinci qolu keçirən Ahmet Kutucu “Eyüpspor”un 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

Bu yenilgidən sonra əvvəlki kimi 2 xalda qalan Diniyevin komandası sonuncu pillədə qərarlaşıb. “Eyüpspor” isə ardıcıl altıncı qələbəsini qazanmaqla çempionatın vahid lideridi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31