7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

“Zenit”in 8 futbolçusu “Neftçi”yə qarşı oynaya bilməyəcək

Rusiyanın “Zenit” klubunun 8 futbolçusu Sankt-Peterburqda təşkil olunacaq “Matç TV” turnirinin ilk turunda “Neftçi” ilə oyunu buraxacaq.

Futbolxeber.az saytının “bobsoccer.ru”ya istinadən verdiyi məlumata görə, onlardan 1-i yerli, 7-si isə əcnəbidir.

Belə ki, rusiyalı Daler Kuzyayevlə yanaşı, braziliyalılar - Malkom, Vendel, Robert Renan, Rodriqao, kolumbiyalılar - Matteo Kassierra, Vilmar Barrios və qazaxıstanlı Nurali Alip iyulun 1-də baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcəklər.

Məqalədə “Zenit”in ən yaxşı halda iyulun 9-da Türkiyə klubu “Fənərbaxça”ya qarşı keçiriləcək turnirin son tur matçına tam heyətlə iştirak edə biləcəyi yazılıb.

Qeyd edək ki, “Zenit” - “Neftçi” oyunu “Qazprom Arena”da baş tutacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30