5 Sentyabr 2026, Şənbə
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb

Xarici futbol

Semak üçün əlamətdar qələbə

Rusiya Premyer Liqasının 24-cü turunda “Zenit” “Dinamo”nu 3:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, bu qələbə Sankt-Peterburq klubunun baş məşqçisi Sergey Semak üçün əlamətdar olub.

Belə ki, Semak klubun tarixində ən çox qələbə qazanan məşqçilərin siyahısında ikinci pilləyə yüksəlib. “Zenit”də 122-ci qələbəsini qazanmaqla o, Yuri Morozovu geridə qoyub.

“Zenit”in baş məşqçisi kimi ən çox qələbə qazanan mütəxəssis isə Pavel Sadırindi. O, 125 qələbəyə sevinib.

Qeyd edək ki, “Zenit” Semakın rəhbərliyi altında 122 qələbədən 98-ni ölkə çempionatında, 14-nü ölkə kuboku və Superkukubok uğrunda matçlarda, 10-nu isə avrokuboklarda əldə edib.

Semak həm də 8 kubokla “Zenit”in tarixində ən titullu məşqçidi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30