7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Xarici futbol

Benzemanın “El Klasiko”dakı çıxışının qiyməti - 0

“AS” nəşri “Real”ın futbolçularının La Liqanın 26-cı turunda “Barselona”ya qarşı keçirilən matçdakı çıxışını qiymətləndirib.

Futbolxeber.az saytının məlumatına görə, “Kral klubu”nun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşan görüşdə ən yüksək qiyməti Tibo Kurtua alıb. “Real”ın məğlubiyyətinə baxmayaraq, belçikalı qolkiperin çıxışı 10 ballıq sistemdə 9-la qiymətləndirilib.

“AS” Vinisius Junioru 8, Eder Militao, eləcə də ikinci hissədə meydana çıxan Dani Sebalyos, Rodriqo Qoes və Marko Asensionu 6 bala layiq görüb.

“Real”ın heyətində ən aşağı qiymətə isə Kərim Benzema layiq görülüb. “AS” onun çıxışına 0 bal verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31