24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

“Çelsi”nin sabiq futbolçusunun dağıntılar altında qalan cəsədi tapıldı

"Hatayspor"un futbolçusu Kristian Atsu Hataydakı zəlzələdə vəfat edib.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qanalı oyunçunun meneceri Murat Uzunmehmet məlumat verib: "Onun cansız bədəni dağıntılar altından çıxarıldı".

Qeyd edək ki, K.Atsu karyerası ərzində "Çelsi", "Everton", "Nyukasl", "Portu", "Malaqa", "Bornmut" kimi komandaların formasını da geyinmişdi.

Xatırladaq ki, fevralın 6-ı Türkiyənin bir neçə şəhərində güclü zəlzələ baş vermişdi. 31 yaşlı Atsu həmin vaxtdan dağıntılar altında qalmışdı və onun axtarışları gedirdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31