4 Iyun 2026, Cümə axşamı
Elşad Quliyevdən qələbə şərhi
Azərbaycan millisi yarımfinalda!
Azər Bağırov rəsmən "Şamaxı"da
Millimiz Avstriyaya yollandı

Xarici futbol

Özilin karyerasını başa vurması haqda xəbər yalan çıxdı

Almaniya millisinin sabiq üzvü Məsut Özilin futbolçu karyerasını başa vurduğu haqda yayılan xəbərlər təsdiqini tapmayıb.

Futbolxeber.az saytının “Deutsche Presse-Agentur”a istinadən verdiyi məlumata görə, türk əsilli almaniyalı futbolçu ən azı cari mövsümün sonuna kimi karyerasını davam etdirəcək.

Halbuki daha əvvəl təcrübəli yarımmüdafiəçinin qarşılıq razılıq əsasında hazırda formasını geydiyi Türkiyənin “Başakşehir” klubu ilə müqaviləsini pozduğu və karyerasını bitirdiyi barədə deyilirdi. Lakin Özil mövsümün sonuna kimi “Başakşehir”dəki çıxışı davam etdirəcək. Mövsüm yekunlaşdıqdan sonra isə Özilin hansı qərar qəbul edəcəyi hələ məlum deyil.

Qeyd edək ki, “Arsenal”ın və “Real”ın sabiq üzvü cari mövsümün böyük hissəsini zədə səbəbindən buraxmalı olub. O, yalnız 4 görüşdə forma geyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30