5 Mart 2026, Cümə axşamı
Azər Bağırov: “Bu, adamı üzür”
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"
Qurban Qurbanovdan qələbə şərhi

Xarici futbol

Kazemiro: “Karyeram boyu formamda adımı səhv yazıblar”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro maraqlı açıqlaması ilə diqqət çəkib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu bildirib ki, karyerası boyu formasında adı səhv yazılıb:

“Mənim adım Karlos Enrike Kazimirodur. Hansı ki, “e” yox, “i” ilə yazılır. Hələ “San Paulu”da çıxış etməyə başlayarkən ilk oyunda səhvən formamda Kazimiro yox, Kazemiro yazıldı. Həmin vaxt debütum əla alınmışdı. Ona görə də əminliklə dedim ki, hər şeyi olduğu kimi saxlayın. Məhz ondan sonra hər zaman formamda Kazemiro yazıldı və mən heç nəyi dəyişmədim”.

Xatırladaq ki, braziliyalı xavbek 2022-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31