22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

Mihayloviç vəfat etdi

Serbiya millisinin sabiq üzvü və baş məşqçisi Sinişa Mixayloviç vəfat edib.  

Futbolxeber.az saytının məlumatına görə, o, 54 yaşında dünyasını dəyişib. 

2019-cu ildə Mixayloviçə leykoz diaqnozu qoyulub. Mütəxəssis müalicə alıb, bundan sonra xəstəlik geriləyib. 2022-ci ilin yazında o, relaps keçirib. Qeyd edək ki, bütün bu müddət ərzində Mixayloviç məşqçilik karyerasını davam etdirib.

Mixayloviç futbolçu kimi (müdafiəçi) "Roma", “Srvena Zvezda" klubunda oynayıb. Lakin daha çox "Latsio"da (1998-2004) oynaması ilə tanınıb. Mixayloviç karyerasını 2006-cı ildə "İnter"də başa vurub. Beynəlxalq səviyyədə Mixayloviç əvvəlcə Yuqoslaviyanı, sonra isə Serbiya və Monteneqro yığmasını təmsil edib.

Mixayloviç 2006-cı ildə "İnter"də köməkçi kimi məşqçil karyerasına başlayıb. Bundan sonra o, “Fiorentina”, Serbiya millisi, “Sampdoriya”, “Torino” klublarında çalışıb. Son üç mövsümdə Mixayloviç 2022-ci ilin sentyabr ayının əvvəlində tərk etdiyi "Bolonya"ya baş məşqçilik edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31