22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Xarici futbol

"Universitatya Krayova" Regekampfla maraqlandığını təsdiqlədi

Rumıniyanın "Universitatya Krayova" klubu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfla danışıq apardıqlarını təsdiqləyib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, klubun İdarə Heyətinin üzvü Mixail Rotaru bu barədə sualı cavablandırarkən Regekampfı komandaya gətirmək istədiklərini inkar etməyib:

“Baş məşqçi vəzifəsinə bir yox, üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Sözləşməsi davam edən bir məşqçini müzakirə edə bilmərəm”.

Qeyd edək ki, rumıniyalı mütəxəssis  2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan məşqçi bir neçə gün əvvəl verdiyi açıqlamasında komandadan ayrılmaq fikrində olmadığını deyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31