18 Oktyabr 2025, Şənbə
"Qəbələ" qələbəni əldən verdi
"Kəpəz" və "Qarabağ" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Millimiz FİFA reytinqində irəliləyib

Xarici futbol

Boatenq “Beşiktaş”dan getdi

Kevin-Prins Boatenq icarə əsasında çıxış etdiyi “Beşiktaş”dan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, qanalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Fiorentina”nın düşərgəsinə qayıdıb.

Lakin Boatenq Florensiya klubunda qalmaq fikrində deyil. 33 yaşlı futbolçu “Herta”da çıxış etmək istəyir. O, karyerasını məhz peşəkar futbolda ilk addımlarını atdığı Berlin klubunda bitirmək istəyir.

Lakin Kevin-Prins Boatenqin “Fiorentina” ilə hələ 1 illik müqaviləsi mövcuddur.

Qeyd edək ki, mövsümün ikinci yarısını icarə əsasında “Beşiktaş”da keçirən qanalı meydana çıxdığı 14 oyunda 1 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31