Xarici futbol
“Rostov”un 6 futbolçusu koronavirusa yoluxdu: ortaya çıxan problemlər və nə etməli?
Cümə günü Rusiya Premyer Liqasının oyunları start götürülməli olsa da, artıq ortaya müəyyən problemlər çıxıb.
Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün məlum olub ki, “Rostov”un 6 futbolçusu koronavirusa yoluxub: Roman Yeremenko, Dennis Xadjikaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseniy Loqaşov.
42 NƏFƏR KARANTİNƏ ALINIR
Çempionatın bərpası öncəsi adıçəkilən futbolçulardan götürülən analizlərin cavabı müsbət olub. Artıq “Rostov” rəsmi olaraq 6 oyunçunun virusa yoluxduğunu bəyan edib. Lakin adlar açıqlanmır. Yuxarıdakı siyahı mətbuatın iddiasıdır.

Problem təkcə bu 6 futbolçu ilə yekunlaşmır. Rusiya Premyer Liqasının tibbi protokolunda qeyd olunur: “COVİD-19-a yoluxan xəstələrlə ünsiyyətdə olan şəxslər 14 günlük karantinə alınmalıdırlar”. Bu isə o deməkdir ki, “Rostov”un bütün məşqçi və futbolçu heyəti 2 həftə ərzində karantində olmalıdır. Klubdan o da bildirilib ki, virusa yoluxanların hər biri əsas heyət üzvü olduğundan ümumilikdə bütün komanda ilə təmasda olublar. “Rostov”un prezidenti Artaşes Arutyunyants da məhz 42 nəfərin 2 həftəlik karantində olacağını təsdiqləyib.
YETƏRSAY OLMASA, TEXNİKİ MƏĞLUBİYYƏT VERİLƏCƏK
Rusiya Premyer Liqasının tibbi protokolunda virus, oyunçuların testdən keçirilməsi haqda məlumatlar olsa da, indiki şəraitdə hansı addım atılmalı olduğu barədə heç bir qeyd yoxdur.
Rusiya Futbol İttifaqının inkişaf üzrə direktoru Maksim Mitrofonov hazırkı durum haqda deyib: “16 meydan oyunçusu və 2 qapıçı heyətdə olsa, komandanın meydana çıxmasına icazə veriləcək. Yox, əgər yetərsay olmasa, o zaman kollektivə texniki məğlubiyyət veriləcək. Hansısa klubu çempionatdan uzaqlaşdırmaq fikrində deyilik”.
Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin də müsahibəsində buna bənzər fikirlər səsləndirib. Bu isə o deməkdir ki, sözügedən məsələ ilə bağlı Rusiya Futbol İttifaqı ilə Rusiya Premyer Liqası eyni mövqedədir.
Hazırda “Rostov”un əsas heyətində virusa yoluxan futbolçularla ünsiyyətdə olmayan kimsə yoxdur. Bu halda komandanın 2 gün sonrakı oyunu necə olacaq? Amma bu vəziyyətdən də çıxış yolu var - gənclər komandası, hansı ki adətən əsas heyətdən ayrı məşq edir. Hazırkı məqamda çempionatın təşkilatçıları əvəzedicilərin meydana çıxması üçün heç bir qadağa tətbiq etmir.

2 VARİANT MÖVCUDDUR
Hazırda oyunun təxirə salınması, başqa vaxta keçirilməsi haqda müzakirələr aparılsa da, sabah rəsmi qərarın veriləcəyi gözlənilir.
Mitrofanovun sözlərini əsas götürüb, reqlamentə diqqət yetirilsə, o zaman 2 variant var:
1. “Rostov” cümə günü meydana o futbolçular çıxacaq ki, hansılar virusa yoluxmuş 6 nəfərlə kontaktda olmayıblar. Yəni gənclər komandası. Lakin bu halda ortaya başqa problem çıxır. Çempionata hazırlıq çərçivəsində “Rostov”un əsas heyəti gənclər komandası ilə yoxlama oyunu keçirib. Bu isə o deməkdir ki, həmin gün əsas komandayla ünsiyyətdə olmuş gənclər də risk zonasındadırlar.
2. “Rostov” 16 oyunçu sifariş edə bilməsə, “Soçi” ilə oyuna görə texniki məğlubiyyət alacaq. Özü də komanda təkcə “Soçi” ilə oyunda xalsız qalmayacaq. 10 gün sonra keçirilməli olan “Arsenal” (Tula) və 2 həftə sonra oynanılmalı olan “Krasnodar”la görüşlərə görə də “Rostov”a texniki məğlubiyyət veriləcək...
BƏLKƏ “ROSTOV”UN OYUNLARI TƏXİRƏ SALINSIN?
“Rostov”un prezideni Artaşes Arutyunyants bildirir ki, komandası 5-ci gün meydana çıxmaqda həvəsli deyil:
“Rostov” çempionatın bərpasının tərəfdarı idi. İndi də həmin mövqedə qalırıq. Buna kimi Rusiya Futbol İttifaqını dəstəkləyir və çempionatın restartını dəstəkləyirdik. Komandamız Soçidə qarşıdakı oyuna hazırlaşırdı. Qayıdışın uğurlu olmasına çalışırdıq. Lakin həyat gözlənilməzliklərlə doludur. 6 futbolçumuz virusa yoluxub və bu, fors-majordu. Hazırda Rusiya Futbol İttifaqının və Premyer Liqanın rəhbərliyi ilə sıx əlaqədəyik. Amma istənilən halda hazırkı məqamda qaydalara tam riayət edərək, 2 həftəlik karantinə çəkilirik. 14 gündən sonra komanda meydana qayıdacaq”.
Klub prezidentinin də dediyi kimi, bu, fors-major vəziyyətdi. Belədə ortaya üçüncü ehtimal da çıxır: oyunların təxirə salınması.
Məsələn, “Rostov”un “Soçi” ilə oyunu 17-18 iyul tarixlərinə keçirilə bilər. Həmin vaxt Rusiya kubokunda yarımfinal görüşləri keçiriləcək ki, həm “Rostov”, həm də “Soçi” artıq bu turnirdə mübarizə aparmır. Ona görə də bu ehtimal real görünür. İddiaya görə, “Rostov” rəhbərliyi də indiki məqamda oyunlarının təxirə düşməsi üçün çalışır.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
09:00
Çempionlar Liqası: “Turan” Tovuzda “Mladost”u qəbul edir
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
20.10.2026
19.10.2026
18.10.2026























