9 Yanvar 2026, Cümə
Kadidən “qayıtdım” mesajı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı

Xarici futbol

Daha bir klub Bordinin xidmətində maraqlıdı

İtaliyanın daha bir klubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə əməkdaşlıq etmək niyyətindədir.

Futbolxeber.az saytının məlumatına görə, C seriyasında mübarizə aparan "İmolese" komandanı 55 yaşlı mütəxəssisə həvalə etmək istəyir.

Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər.

Qeyd edək ki, daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31