18 Oktyabr 2025, Şənbə
"Qəbələ" qələbəni əldən verdi
"Kəpəz" və "Qarabağ" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Millimiz FİFA reytinqində irəliləyib

Xarici futbol

Almeydanın komandasından əzmkar qələbə

Milli komandamızın üzvü Riçard Almeydanın çıxış etdiyi "Baniyas"  Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, “Baniyas” 19-cu turda öz meydanında “Al İttihad Kalba" ilə qarşılaşıb.

Milliləşdirilmiş braziliyalı start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. İlk yarıda qapısında qol görən Almeydanın komandası ikinci hissədə rəqibin azlıqda qalmasından sonra oyunda dönüş yaradıb.

Əvvəlcə Almeyda 52-ci dəqiqədə penaltidən fərqlənib. Oyunun son dəqiqələrində daha bir qol vuran “Baniyas” 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Baniyas” 19 oyuna topladığı 23 xalla 14 iştirakçı arasında 9-cudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31