12 Aprel 2026, Bazar günü
Yuri Vernidubdan qələbə şərhi
Sadıqov: “1 xal üçün çox sevinirik”
Millimiz Gürcüstana yenə uduzdu
Zubir “Qarabağ”dan gedir

Xarici futbol

Renat "Tottenhem"ə 2 qol vurdu

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası 18-ci turda səfərdə “Tottenhem"li həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2.

Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının hər iki qolunu da Dadaşov vurub. Matçın 77-ci dəqiqəsində penaltidən fərqlənən gənc hücumçu 85-ci dəqiqədə fərqi minumuma endirib.

“Vulverhempton” bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30