17 Aprel 2026, Cümə
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Xarici futbol

Dieqo Kostaya sərt cəza

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletiko"nun futbolçusu Dieqo Kostaya sərt cəza tətbiq edib.

Futbolxeber.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qurum hücumçunu La Liqanın 31-ci turunda "Barselona" ilə matçda etdiyi hərəkətlər səbəbindən 8 oyunluq cəzalandırıb.

30 yaşlı futbolçu görüşün baş hakimi Xesus Xil Mansanonu təhqir etdiyi üçün 4, ona əli ilə etdiyi hərəkətə görə 4 oyunluq cəza alıb. Qərarın rəsmən yaxın vaxtlarda elan ediləcəyi bildirilib.

Beləliklə, Kosta La Liqada mövsümün qalan hissəsini buraxacaq. Çünki ölkə çempionatının bitməsinə 7 tur qalıb.

"Atletiko"nun bu qərardan şikayət etmək hüququ var.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30