7 Sentyabr 2026, Bazar ertəsi
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Dünya çempionatında erkən final

Dünya çempionatında 1/8 final mərhələsinin daha 2 cütlüyü müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunun qalibi Fransa 1/8 finalda D qrupunun ikincisi Argentina ilə üz-üzə gələcək. Samarada keçiriləcək bu görüşü erkən final da adlandırmaq mümkündür. Qarşılaşma iyunun 30-da keçiriləcək. Fransa - Argentina qarşıdurmasında sevinən tərəf 1/4 finalda ya Uruqvay, ya da Portuqaliya ilə görüşəcək.

D qrupunun qalibi Xorvatiya isə 1/4 finala adlamaq üçün C qrupunun ikincisi olan Danimarka ilə qarşılaşacaq. Bu matç iyulun 1-də Sankt-Peterburqda baş tutacaq. Sınaqdan üzüağ çıxan tərəf 1/4 finalda İspaniya - Rusiya cütünün qalibi ilə üz-üzə gələcək.

DÇ-2018, 1/8 final

30 iyun

Uruqvay - Portuqaliya (Soçi)

Fransa - Argentina (Kazan)

1 iyul

İspaniya - Rusiya (Moskva, “Lujniki”)

Xorvatiya - Danimarka (Nijni-Novqorod)

2 iyul

E qrupunun qalibi - F qrupunun ikincisi (Samara)

G qrupunun qalibi - H qrupunun ikincisi (Rostov)

3 iyul

F qrupunun qalibi - E qrupunun ikincisi (Sankt-Peterburq)

H qrupunun qalibi - G qrupunun ikincisi (Moskva, “Spartak”)

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30