23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Xarici futbol

Neymarın PSJ-də məşqlərə başlayacağı tarix müəyyənləşib

Braziliya millisinin futbolçusu Neymarın Fransanın PSJ klubunun düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.
 
Futbolxeber.az-ın  UOL portalına istinadən xəbər verir ki, ağır zədədən sonra müalicəsini davam etdirən 26 yaşlı hücumçu aprelin sonunda komandaya qoşulacaq. Hazırda PSJ-nin həkiminin nəzarəti altında bərpa prosesi keçən Neymarın Fransa çempionatının son 3 oyununda – “Amyen”, “Renn” və “Kan”la görüşlərdə Paris təmsilçisinə kömək edə biləcəyi proqnozlaşdırılır. PSJ Fransa Kubokunun finalına çıxacağı təqdirdə, onun bu görüşdə də iştirak etmək ehtimalı var.
 
Daha əvvəl Braziliya yığmasının həkimi Rodriqo Lasmar forvardın, təqribən, 3 ay yaşıl meydanlardan kənar qalacağını bildirmişdi.
 
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulub. Neymar cari mövsümdə PSJ-nin heyətində 30 oyunda iştirak edib və 29 qol vurmaqla yanaşı, 19 məhsuldar ötürmə verib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31