18 Yanvar 2026, Bazar günü
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Xarici futbol

"Bavariya"dan Robert Levandovski açiqlaması

“Bavariya” klubunun İdarə Heyətinin sədri Karl-Hayns Rummenige açıqlama verib.
 
Futbolxeber.az ESPN-ə istinadən xəbər verir ki, klub rəsmisi komandanın hücumçusu Robert Levandovskinin gələcəyilə bağlı danışıb. O, polşalı forvardın satılmayacağını bəyan edib:
 
"2008-ci ildə Frank Riberi üçün inanılmaz təklif almışdıq. O zamandan bəri, futbol dünyası biz istəməyənə kimi, "Bavariya"dan heç bir futbolçunu ala bilməyəcəyini bilir. Bu, Robert Levandovski üçün də keçərlidir. Robert növbəti mövsüm bizimlə olacaq".
 
Rummenige mövsümün sonunda müqavilələri başa çatacaq Frank Riberi və Aryen Robenin taleyinə yaxın müddətə aydınlıq gələcəyini bildirib:
 
"Hər ikisiylə aprelin əvvəlində danışacağıq və qərar verəcəyik. Yaxın zamanda hər şey bəlli olacaq".
 
Qeyd edək ki, 29 yaşlı Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir. Onun adı "Real" və "Mançester Yunayted"lə birgə hallanırdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31