27 Fevral 2026, Cümə
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
“Sumqayıt” Roy Kehatı itirdi
Ərdoğan Okan Buruka zəng etdi
XXII turun hakim təyinatları

Xarici futbol

Emeri PSJ-dən qovulur

Mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başlayan, lakin turnirin 1/8 finalında "Real"a məğlub olaraq turnirlə vidalaşan PSJ heyətdə dəyişikliklər edəcək.
 
Futbolxeber.az Fransa mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt klubu baş məşqçi Unai Emeri ilə yolları ayıracaq. 8 futbolçu isə transfer çıxarılacaq.
 
Dani Alveş satış siyahısında yer alıb. Ötən yay "Yuventus"dan "Çempionlar Liqasını qazanmaq istəyirəm" deyərək PSJ-yə üz tutan 34 yaşlı futbolçuya qapı göstəriləcək. Müdafiənin sağ cinahında çıxış edən Layvin Kurzava və Yuri Berçiçe də transferə çıxarılacaq. Xəbərdə PSJ-nin Edinson Kavani, Marko Verrati, Anxel di Mariya və Xavyer Pastore kimi futbolçuları da feyr-pley tələblərinə görə satmağa hazır olduğu qeyd edilib. Bundan əlavə, yeni müqavilə üçün yüksək maaş tələb edən Adrien Rabio ilə anlaşma əldə edilməsə, komandadan göndəriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28