24 Oktyabr 2026, Şənbə
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”

Xarici futbol

Dünyanın ən yaxşısı - Ronaldo

FİFA 2017-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo bu ilin ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Neymarı (Braziliya, "Barselona"/PSJ) qabaqlayıb. Bununla da Ronaldo ardıcıl ikinci dəfə "The Best"ə sahib çıxıb.

Qeyd edək ki, Ronaldo ötən mövsüm "Real"la  Çempionlar Liqası, La Liqa və UEFA superkubokunu qazanıb.

Xatırladaq ki, K. Ronaldo bundan əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə də FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31