24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

"Roma"dan darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilib.
 
Futbolxeber.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Benevento” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyunda darmadağınla qalib gəlib - 4:0. Komandanın ən sərrast hücumçusu Edin Dzeko 22 və 52-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb. Digər iki qol isə rəqib futbolçuların avtoqolları sayəsində gerçəkləşib.
 
Qeyd edək ki, bu oyunda “Roma”ya qarşı “Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros da mübarizə aparıb. İtaliya klubuna bu yay keçən forvard 75-ci dəqiqədə meydana çıxsa da, “cavanarlar”la görüşdə heç nə ilə yadda qalmayıb.
 
Bu qələbədən sonra “Roma” xallarının sayını 9-a çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ”ın “Roma” ilə ilk oyunu sentyabrın 27-də Bakıda baş tutacaq. 
 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31