22 Yanvar 2026, Cümə axşamı
"Qarabağ"da fantastik qələbə
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə

Xarici futbol

Terror təhlükəsinə görə oyun təxirə salındı

2019-cu ildə baş tutacaq Asiya kubokunun seçmə mərhələsi çərçivəsində keçirilməli olan Qırğızıstan - Myanma oyunu təxirə salınıb.
 
Futbolxeber.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. Qırğızıstan Futbol Federasiyasından agentliyə verilən məlumata görə, paytaxt Bişkekdə baş tutmalı olan matç terror təhlükəsinə görə təxirə salınıb. Bu barədə qərar Myanma Futbol Federasiyasının rəsmiləri ilə məsləhətləşdikdən sonra qəbul edilib. FİFA məsələylə bağlı hələ ki, heç bir açıqlama verməyib.
 
Myanmada müsəlmanların qətlə yetirilməsindən sonra Qırğızıstanda bu oyun ərəfəsində ictimaiyyət arasında böyük gərginlik yaşanırdı.
 
Qarşılaşmanın nə vaxt və harda keçiriləcəyi bəlli deyil.
 
Qeyd edək ki, Qırğızıstan - Myanma oyunu sabah baş tutmalı idi.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31