24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Xarici futbol

Messi Serxio Ramosu təhqir edib

“Real” və “Barselona” arasında keçirilmiş futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab matçı zamanı komandaların kapitanları arasında insident baş verib.

Futbolxeber.az saytının məlumatına görə, qonaqların hücumçusu Lionel Messi meydan sahiblərinin müdafiəçisi Serxio Ramosu təhqir edib.

Buna oyunun gedişində ispaniyalının argentinalı rəqibini ələ salması səbəb olub. "Real Madrid"in kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşanaq qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən "Barselona"nın lideri rəqibini təhqir edib. Lakin "kral klubu"nun oyunçusu buna məhəl qoymayıb.

Qeyd edək ki, "Real Madrid" “Barselona”nı səfərdə 3:1, evdə 2:0 hesabı ilə yenərək, tarixində 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31