20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Xarici futbol

Milli futbolçumuz Almaniya klubunun tarixinə düşdü

Almaniya II Bundesliqa təmsilçisi "Ersqebirqe"nin şərəfini qoruyan millimizin futbolçusu Dimitri Nazarovun klubunda uğurlu çıxışı davam edir. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi rekord müəllifi olub. 
 
Bu, II Bundesliqanın XXXI turunun oyunlarından sonra baş verib. Evdə "Vurzburger"a qarşı keçirilən oyunun 10-cu dəqiqəsində penaltidən fərqlənən Nazarov Aue təmsilçisinin tarixində 11 metrlik cərimə zərbələrini ən dəqiq olan iki futbolçudan biri olub.
 
Mövsümdə buna qədər 6 dəfə penaltini dəqiq yerinə yetirən futbolçu yalnız klubun əfsanələrindən olan Erler Olgerdən geri qalırdı. O, 1980/81-ci il mövsümündə 7 penalti qolunun müəllifi olub. Futbolçu ötən günkü oyunda vurduğu qolla  36 ildən sonra bir mövsümdə 11 merlik cərimə zərbəsini 7 dəfə dəqiq yerinə yetirən ilk futbolçu olub.
 
Qeyd edək ki, Nazarov cari mövsüm ərzində 25 oyunda 9 qol vurub.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31