8 Sentyabr 2026, Çərşənbə axşamı
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə

Xarici futbol

Arsen Vengerin darmadağın şərhi: “Kabus idi”

Ötən gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, "Arsenal" (İngiltərə) səfərdə "Bavariya"ya (Almaniya) 1:5 hesabı ilə uduzub. Matçdan sonra qonaq komandanın baş məşqçisi Arsen Venger böyükhesablı məğlubiyyəti belə şərh edib:  
 
"Qəribə oyun alındı. İlk yarıda yaxşı oynadıq və iki qol imkanı yaratdıq. Amma 53 və 56-cı dəqiqələrdə qol buraxdıq. İki qolu qısa müddətdə qapımızda görməyimiz işimizi çətinləşdirdi. Matçı təhlil etmək lazımdır. Bu iki qola qədər kifayət qədər yaxşı idik. Oyunun gedişinə nəzarət edirdik. Son 25 dəqiqə bizim üçün kabus idi. Görünən o idi ki, “Bavariya”ya cavab verəcək gücdə deyildik. Bu, çox pis nəticədir. Ancaq bununla barışmalıyıq".
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30