9 Fevral 2026, Bazar ertəsi
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Xarici futbol

Umut Bulut "Qalatasaray"ı tərk etdi

Ötən mövsüm "Qalatasaray"ın formasını geyən Umut Bulut İstanbul təmsilçisini tərk edib. Futbolxeber.az-ın məlumatına görə, Bulut müqavilə ilə məxsus olduğu Fransanın "Tuluza" klubunun düşərgəsinə üz tutub. "Qalatasaray" Bulutu heyətində saxlamaq istəyir. "Cim-Bom" təcrübəli futbolçunun transfer hüququna birdəfəlik yiyələnmək fikrindədir. Lakin Fransa klubu ilə ortaq məxrəcə gəlmək hələ ki mümkün olmur. Belə ki, "Qalatasaray" Umut üçün qarşı tərəfə 1 milyon 250 min avroluq təklif irəli sürsə də, rədd cavabı alıb. "Tuluza" türk futbolçunu 2 milyondan aşağı qiymətə satmayacağını bəyan edib.

Qeyd edək ki, Umut Bulutun "Tuluza" ilə sözləşməsi 1 ildən sonra bitəcək. Hazırda Fransa klubunun məşqlərində iştirak edən Umut tezliklə problemin həllini gözlədiyini və yenidən "Qalatasaray"ın formasını geymək istədiyini açıqlayıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28