20 Iyul 2026, Bazar ertəsi
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi
"Zirə" növbəti mərhələyə yüksəldi

Xarici futbol

Konfederasiyalar Kubokunun püşkü atıldı

Gələn il Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Kazanda keçirilən mərasimi FIFA-nın baş katibinin köməkçisi Zvonimir Boban, FIFA-nın Yarışların Keçirilməsi departamentinin direktoru Kolin Smit təşkil ediblər. Onlara 5 qat Rusiya çempionu Sergey Semak və 2 qat olimpiya çempionu Yelena İsinbayeva kömək ediblər.

Püşkün nəticəsinə əsasən qrupların tərkibi belə formalaşıb:

А qrupu

Rusiya

Yeni Zelandiya

Portuqaliya

Meksika

B qrupu

Afrika çempionu

Çili

Avstraliya

Almaniya

İyunun 17-də keçiriləcək turnirin açılış matçı - Rusiya - Yeni Zelandiya görüşü, eləcə də turnirin final qarşılaşması Sankt-Peterburqda keçiriləcək.

Üçüncü yer uğrunda matç Moskvada oynanılacaq.

28-29 iyunda oynanılacaq yarımfinal görüşlərinə Kazan və Soçi ev sahibliyi edəcək.

Qeyd edək ki, final və III yer uğrunda qarşılaşmalar iyulun 2-də keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31